Medianews.az
81 yaşlı qadının aldığı pensiya məbləği eşidənləri
119 baxış

81 yaşlı qadının aldığı pensiya məbləği eşidənləri şoka salır

Polşada rekord həddə çatan pensiya ödənişləri qeydə alınıb ki, bu məbləğ ayda minlərlə avro təşkil edir.

Medianews.az xəbər verir ki, "Business Insider" nəşrinin yaydığı məlumata görə, Kuyaviya-Pomeraniya voyevodalığının 81 yaşlı sakini hazırda hər ay təxminən 9 800 avro (42 075 zlotı) pensiya alır.

Sözügedən qadın altı onillikdən çox müddəti işinə həsr edib və onun əmək stajında demək olar ki, heç bir fasilə olmayıb.

Qeyd olunur ki, 61 illik karyerası ərzində onun cəmi iki ay sığorta ödənişi olmayıb və o, yalnız 81 yaşında təqaüdə çıxmaq qərarına gəlib. Regionda analoji yüksək ödənişlər bununla bitmir. Belə ki, Torun şəhərində 55 ildən çox stajı olan və 80 yaşında təqaüdə çıxan digər bir qadın isə ayda təxminən 8 100 avro (34 847 zlotı) alır.

Lakin "Mediafax" nəşrinin yazdığına görə, ölkə üzrə mütləq rekord Sileziya voyevodalığından olan bir kişiyə məxsusdur. O, təxminən 63 il çalışaraq yalnız 86 yaşında təqaüdə çıxıb. Hazırda həmin şəxsin aylıq pensiyası 10 000 avrodan (43 000 zlotıdan çox) artıqdır. Ekspertlər bu cür yüksək məbləğlərin sirrini iş müddətinin uzunluğu ilə əlaqələndirirlər. Məlumata görə, təqaüd yaşından sonra rəsmi şəkildə çalışılan hər əlavə il yekun pensiya məbləğini təxminən 15% artırır.

Bununla belə, ölkədəki təqaüdlər arasındakı təzad kəskindir. Müqayisə üçün bildirilir ki, eyni bölgədə ən aşağı pensiya ayda cəmi 1,4 sent təşkil edir. Bu səbəbdən Polşanın Sosial Sığorta Müəssisəsi (ZUS) vətəndaşlara təqaüdə çıxmazdan əvvəl mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edir.

Eyni zamanda, Polşada bir çox yaşlı insanların yüksək xərclər səbəbindən daha kiçik mənzillərə köçdüyü və ya kirayə evlərə üstünlük verdiyi bildirilir. Kommunal xidmətlərin bahalığı və vergilər təqaüdçüləri maliyyə yükünü azaltmaq üçün mülklərini satmağa və ya tibbi xidmətə daha yaxın ərazilərə köçməyə sövq edir.//Musavat.com 

Bizə qoşulun