Medianews.az
80 yaşlı qadın "Semaşka"lıq oldu:
111 baxış

80 yaşlı qadın "Semaşka"lıq oldu: Görün xurma onu nə hala salıb

Buryatiyada həkimlər xurma həvəskarı olan 80 yaşlı qadının həyatını son anda xilas ediblər. Adi bir meyvənin yaratdığı fəsadlar tibbi personalı da heyrətə gətirib.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, N.A.Semaşko adına Respublika Klinik Xəstəxanasına daxil olan yaşlı qadın dözülməz ağrılardan şikayət edib. Müayinələr zamanı məlum olub ki, xəstənin bağırsaqlarında kəskin tıxanıqlıq yaranıb.

Qadın iki ay əvvəl xurma yeyib. Məhz həmin meyvənin həzm olunmayan lifləri mədədə birləşərək "fitobezoar" adlanan bərk kütlə yaradıb. Bu "kütlə" bağırsağa keçərək yolu tamamilə bağlayıb və xəstənin həyatını ciddi təhlükə altına qoyub.

Cərrahlar təcili əməliyyat qərarı veriblər. Həkimlər həm mədəni, həm də nazik bağırsağı kəsərək "fitobezoar"ı oradan çıxarıblar. 11 günlük gərgin müalicədən sonra qadın evə buraxılıb.

Qeyd edək ki, mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yaşlı insanlar və mədə-bağırsaq problemi olanlar xurma kimi lifli meyvələri istehlak edərkən son dərəcə ehtiyatlı olmalıdırlar.

Bizə qoşulun