Medianews.az
70 yaşlı kişi hoteldə öldü
145 baxış

70 yaşlı kişi hoteldə öldü

Beyləqanda hoteldə ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə olub.

Səhər saat 08 radələrində 1956-cı il təvəllüdlü Gəncə şəhər sakini Adil Fərhad oğlu Quliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti hoteldə tapılıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizə qoşulun