İsrailin yarışmada iştirakı səbəbindən beş ölkə “Eurovision” mahnı müsabiqəsini boykot edib.
Bu barədə BBC məlumat yayıb.
Məlumatda qeyd olunur: “2026-cı il müsabiqəsində 35 ölkə iştirak etsə də, İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniyanın yayım şirkətləri İsrailin yarışmaya daxil edilməsinə etiraz olaraq tədbirdə iştirakdan imtina ediblər”.
Nəşrin qeyd etdiyinə görə, bəzi ölkələr boykot qərarını İsrailin Qəzadakı hərbi əməliyyatlarına etiraz olaraq verib, bəziləri isə İsrail hökumətini soyqırımda ittiham edib.//Bizim.Media