Medianews.az
400 milyon avro dəyərində olan gəmi Bodruma gəldi -
79 baxış

400 milyon avro dəyərində olan gəmi Bodruma gəldi - VİDEO

Malta bayrağı altında üzən “Four Seasons 1” adlı kruiz gəmisi Bodrum limanına daxil olub.

Medianews.az xəbər verir ki, gəmi Agios Nikolaos limanından yola çıxaraq Bodrum sahilində lövbər salıb.

Uzunluğu 207 metr olan kruiz gəmisinin təxminən 400 milyon avro dəyərində olduğu bildirilir. Məlumata görə, gəmidə əksəriyyəti ABŞ vətəndaşı olan 143 sərnişin və 228 nəfərlik heyət üzvü var.

Dünyanın aparıcı lüks kruiz gəmilərindən biri hesab edilən “Four Seasons 1”in bu gecə Çeşmə limanına yola düşəcəyi qeyd olunub.

Bizə qoşulun