Medianews.az
4 il özünü kor kimi göstərdi -
144 baxış

4 il özünü kor kimi göstərdi - Külli miqdarda dələduzluq

ABŞ-də 73 yaşlı kişi dörd il ərzində özünü tam kor kimi göstərərək dövlətdən külli miqdarda pul alıb.

Medianews.az xəbər verir ki, hadisə Florida ştatında baş verib.

Məlumata görə, o, görmə problemi səbəbindən avtomobil idarə edə, işləyə və gündəlik işlərini görə bilmədiyini iddia edib. Bu əsasla 2017–2021-ci illər arasında Veteranlarla İş Nazirliyindən 245 min dollar yardım alıb.

Araşdırma zamanı kişinin əslində rahat şəkildə maşın sürdüyü, oxuduğu, alış-veriş etdiyi və bankomatlardan istifadə etdiyi ortaya çıxıb. Həmçinin onun məktəbdə mühafizəçi və odlu silah üzrə mütəxəssis kimi çalışdığı məlum olub.

Dələduzluqda ittiham olunan şəxsi 18 ilə qədər həbs cəzası gözləyir.

Medianews.az

Bizə qoşulun