Türkiyənin Ankara şəhərində yaşayan 79 yaşlı Mustafa Akbıyık 34 ildir su içə bilmədiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Mustafa Akbıyık 1992-ci ildə evində kömür qazından zəhərlənəndən sonra sudan diskinib. Yalnız çay və qazlı içkilər qəbul edir.
O, bildirib ki, xəstəxanalarda müalicə almasına baxmayaraq su içməkdə çətinlik çəkir və probleminin həllini gözləyir. “Komadan çıxdıqdan sonra su içə bilmədim, bir qurtum içəndə diksinirəm. Dərman qəbul edərkən uşaqlarım əllərimi və ayaqlarımı tutur”.
Mustafa Akbıyık vurğulayıb: “1992-ci ildən bu yana suya və gülməyə həsrət qalmışam. Artıq çaydan başqa heç nə içə bilmirəm. Mən də yaşamaq və bu iki günlük həyatda xoşbəxt olmaq istəyirəm. Su, kola, meyvə suyu içmək istəyirəm”.
Medianews.az