Türkiyənin Aydın vilayətində universitet binasının tikintisində çalışan fəhlənin faciəvi ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Medianews.az xəbər verir ki, hadisə Efeler rayonunda, Adnan Menderes Universitetinin kampusunda inşa edilən Stomatologiya Fakültəsinin tikinti sahəsində qeydə alınıb.
Məlumata görə, binada işləyən 27 yaşlı Ferhat Çakır üzərində dayandığı panelin yerindən çıxması nəticəsində təxminən 30 metr hündürlükdən yerə yıxılıb.
Digər işçilərin məlumat verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır yaralanan fəhləyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciə anı tikinti sahəsində quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hadisənin başvermə səbəblərinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən istintaqa başlanılıb.
Medianews.az