Medianews.az
30 ildən sonra tapıldı –
87 baxış

30 ildən sonra tapıldı – Etirafı maraq doğurdu

ABŞ-də 13 yaşında itkin düşən qadın 30 il sonra sağ tapılıb.

Medianews.az xəbər verir ki, Kristina Mari Plante 1994-cü ilin mayında Arizona ştatının Star Valley şəhərində yoxa çıxıb.

O, evlərinin yaxınlığındakı at tövləsinə gedib və geri qayıtmayıb. Onu bütün ştatda axtarsalar da, nəticə əldə olunmayıb. İllərlə iş açıq qalıb, polis yeni məlumatları araşdırıb.

Kapitan Djeymi Qarrettu sosial şəbəkələr və açıq bazalar vasitəsilə bu işlə maraqlanıb. Məlum olub ki, o, öz istəyi ilə Arizonadan qaçaraq Missuriyə gedib. 17 yaşında evlənib, üç oğul böyüdüb, psixologiya ixtisası üzrə diplom alıb və hətta özəl detektiv agentliyində işləyib.

Qadın qaçışının səbəblərini açıqlamaq istəmir, yalnız bunun ögey valideynlərlə münaqişə ilə bağlı olduğu bilinir. O, ifadə verməkdən imtina edib. İş rəsmi olaraq bağlanıb.

Medianews.az

Bizə qoşulun