Medianews.az
3 bacını maşın
126 baxış

3 bacını maşın vurdu

TƏBİB Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində baş verən qəzaya dair məlumat yayıb.

Medianews.az xəbər verir ki, 4 nəfər (1 kişi, 3 qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xatırladaq ki, onların hamısı piyadadır.

Gecə saatlarında hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 nəfəri vurub.

Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür (bacıdır).

Bizə qoşulun