İngiltərənin səmasında uzun fasilədən sonra yenidən ağquyruq dəniz qartalları görünüb. Bu quşlar XVIII əsrin sonunda bölgədə tamamilə yox olub. Sonuncu cütlük 1780-ci ildə Uayt adasında qeydə alınıb.
Medianews.az xəbər verir ki, son günlərdə iki iri qartal Ardingli su anbarı üzərində, bir neçəsi isə Eşdaun meşəsində müşahidə olunub. Bu, təsadüfi uçuşdan daha çox, populyasiyanın bərpasına işarədir.
Hazırkı populyasiyanın canlanmasının 2019-cu ildə Forestry England və Roy Dennis Vəhşi Təbiət Fondu tərəfindən başladılan reintroduksiya proqramı ilə əlaqəli olduğuna inanılır.
Layihə Şotlandiyadan gətirilən bala quşların buraxılmasını əhatə edir. Alimlərin hesabatlarına görə, 2025-ci ilə qədər 45 quş buraxılıb. Hamısı hərəkətlərini real vaxt rejimində izləmək üçün GPS izləyiciləri ilə təchiz olunub.
Ekoloqlar uğuru qeyd etsə də, fermerlər narahatdır. Çünki bəzi hallarda qartalların sağlam quzu ovladığı təsdiqlənib. Şotlandiyada bir fermada altı il ərzində 181 quzunun itməsi qeydə alınıb. Digər tərəfdən, üç quşun “şübhəli şəraitdə” yoxa çıxması onların hələ də qanunsuz təqiblərə məruz qaldığını göstərir.
İngiltərənin “səma kralları” geri dönür, lakin bu dönüş həm ekoloji ümid, həm də kənd təsərrüfatı üçün yeni mübahisələr yaradır.
Medianews.az