Vyetnamlı 23 yaşlı bloger Dan Thy ona leykoz diaqnozu qoyulduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, o, xəstəliyini uzun müddət davam edən qeyri-sağlam həyat tərzi ilə əlaqələndirib.
Məlumata görə, bloger, gündə təxminən beş stəkan köpüklü çay (bubble tea) içdiyini, demək olar ki, su qəbul etmədiyini və gecə-gündüz nizamsız rejimdə yaşadığını bildirib.
Bloger sosial şəbəkələrdə paylaşdığı emosional videoda gəncləri sağlamlıqlarına daha ciddi yanaşmağa çağırıb.
Həkimlər isə qeyd ediblər ki, leykozun birbaşa səbəbi kimi bu cür həyat tərzi elmi olaraq təsdiqlənməyib, lakin ümumi sağlamlığa mənfi təsirlər göstərə bilər.
Medianews.az