Medianews.az
23-cü dünya futbol çempionatı:
662 baxış

23-cü dünya futbol çempionatı: 7 çempion var

2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək 23-cü dünya futbol çempionatına vəsiqə almış 42 milli komandanın 7-si titul sahibidir.

Medianews.az bildirir ki, söhbət Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya milli komandalarından gedir. 

Braziliya 5, Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə dünya çempionu olub.

Final mərhələsinə çıxmaq şansı olan İtaliyanın 4 çempionluğu var.

48 komandalıq turnirə son 6 vəsiqənin sahibləri 2026-cı ilin martında müəyyənləşəcək.

ABŞ, Kanada və Meksikanın ev sahibi olduğu çempionatda komandalar 12 qrupa bölünüb: ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq:

A qrupu

Meksika
CAR
Cənubi Koreya
Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya

B qrupu

Kanada
İtaliya/Şimali İrlandiya/Uels/Bosniya
Qətər
İsveçrə

C qrupu

Braziliya
Mərakeş
Haiti
Şotlandiya

D qrupu

ABŞ
Paraqvay
Avstraliya
Türkiyə/Rumıniya/Slovakiya/Kosovo

E qrupu

Almaniya
Kürasao
Fil Dişi Sahili
Ekvador

F qrupu

Niderland
Yaponiya
Ukrayna/İsveç/Polşa/Albaniya
Tunis

G qrupu

Belçika
Misir
İran
Yeni Zelandiya

H qrupu

İspaniya
Kabo Verde
Səudiyyə Ərəbistanı
Uruqvay

İ qrupu

Fransa
Seneqal
Norveç
İraq/Boliviya/Surinam

J qrupu

Argentina
Əlcəzair
Avstriya
İordaniya

K qrupu

Portuqaliya
Konqo Demokratik Respublikası/Yeni Kaledoniya/Yamayka
Özbəkistan
Kolumbiya

L qrupu

İngiltərə
Xorvatiya
Panama
Qana.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun