Medianews.az
2027 üçün narahatedici proqnoz:
132 baxış

2027 üçün narahatedici proqnoz: Dünya istiləşə bilər

ABŞ Milli Okean və Atmosfer Administrasiyası NOAA və Avropa Orta Hava Proqnoz Mərkəzi ECMWF tərəfindən yayımlanan yeni iqlim modellərinə görə, güclü “Süper El Nino” ehtimalı artır.

Medianews.az xəbər verir ki, alimlər bildirirlər ki, Sakit okeanda dəniz səthinin normadan xeyli isinməsi nəticəsində yaranan El Nino hadisəsi insan fəaliyyəti ilə bağlı iqlim dəyişikliyi ilə birləşərsə, qlobal istilik rekordları 2027-ci ildə yenilənə bilər.

Proqnozlara əsasən, orta ekvatorial Sakit okeanda temperaturun payız aylarında normadan təxminən 3 dərəcə yüksək olması gözlənilir. 2 dərəcədən yuxarı artım “Süper El Nino” sayılır və bu halda dünya üzrə hava şəraitində ciddi dəyişikliklər baş verə bilər.

Mütəxəssislər bildirirlər ki, belə güclü hadisə quraqlıq, sel, tropik fırtına və istilik dalğalarının artmasına səbəb ola bilər. ABŞ-nin qərbində isti və rütubətli hava dalğaları güclənə, cənub bölgələrdə isə quraqlıq riski arta bilər. Asiya və Yaxın Şərqin bəzi ərazilərində isə yağıntıların çoxalması gözlənilir.

Son güclü “Süper El Nino” 2015-ci ildə qeydə alınıb və həmin dövrdə dünyanın bir çox bölgəsində ciddi iqlim fəsadları yaşanmışdı.

Alimlər xəbərdarlıq edirlər ki, Sakit okeandakı temperatur dəyişiklikləri yaxın aylarda kritik həddə çata bilər və hökumətlərin fəlakətlərə hazırlığı vacibdir.

Medianews.az

 

 

Bizə qoşulun