Medianews.az
Yaxın Şərqin bütün ölkələri “İbrahim sazişləri”nə qoşulmalıdır – <span style=color:red>Donald Tramp
174 baxış

Yaxın Şərqin bütün ölkələri “İbrahim sazişləri”nə qoşulmalıdır – Donald Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Yaxın Şərqin bütün ölkələri “İbrahim sazişləri”nə qoşulmalıdır. Medianews.az-ın məlumatına görə, Donald Tramp “Truth Social” platformasında yazıb ki, artıq İranın nüvə arsenalı tamamilə məhv edilib: “Ona görə indi məndən ötrü Yaxın Şərqin bütün ölkələrinin “İbrahim sazişləri”nə qoşulması son dərəcə vacibdir. Bu, Yaxın Şərqə sülh gətirəcək. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirəm”. “İbrahim sazişləri” Trampın birinci prezidentlik dövründə start götürüb. 2020-2021-ci illərdə bu çərçivədə İsraillə bir neçə ərəb dövləti arasında münasibətlərin normallaşdırılmasına dair razılşamalar əldə olunub. 2025-ci ilin yanvarında Tramp hakimiyyətə qayıdandan sonra “İbrahim sazişləri”nin daha da genişlənməsi, ona yeni ölkələrin qoşulması istiqamətində danışıqlar başlanıb. Bildirilir ki, bu plan reallaşsa, “İbrahim sazişləri”nin dairəsi genişlənsə, Trampın güc hesabına sülh qurmaq, güc göstərib dinclik yaratmaq metodu bir daha özünü təsdiqləmiş olacaq. İsrail 2025-ci il iyunun 13-dən İrana qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib. Medianews.az

Bizə qoşulun