Medianews.az
Ətdən gələn təhlükə: 6 Qitədə <span style=color:red>YAYILIB
150 baxış

Ətdən gələn təhlükə: 6 Qitədə YAYILIB

Ət və süd qəbulundan bir neçə saat sonra dəridə qaşınma, şişkinlik və ya qarın ağrısı kimi reaksiyalar yaşayırsınızsa, bu, sadəcə qida zəhərlənməsi olmaya bilər. Medianews.az xarici mediaya istinadən xəbər ki, bu əlamətlərin səbəbi "Alpha-gal sindromu" deyilən nadir bir allergiya ola bilər. Alpha-gal nədir? Bu sindrom “galaktoz-alfa-1,3-galaktoz” adlı şəkər molekuluna qarşı yaranan allergik reaksiyadır. Bu molekul inək, donuz, dovşan və geyik kimi məməlilərdə olur, insanlarda isə yoxdur. İnsanı dişləyən gənə bu molekulu bədənə ötürəndə immun sistemi onu təhlükə sayır və antikor istehsal edir. Sonrakı mərhələdə ət, süd və ya bu tərkibli məhsullar qəbul ediləndə allergik reaksiya yaranır. Yayılma coğrafiyası Əvvəllər yalnız ABŞ-ın cənub-şərqində rast gəlinən bu sindrom hazırda Avropa daxil olmaqla 6 qitədə qeydə alınıb. Xəstəliyi daşıyan gənələr arasında “yalnız ulduz gənəsi”, “qara ayaqlı geyik gənəsi” kimi növlər var. Onlar park və bağlarda da müşahidə edilə bilər. Əlamətlər Alpha-gal sindromunun əlamətləri gənə dişləməsindən 1–3 ay sonra, ət və süd qəbulundan isə 2–6 saat sonra üzə çıxa bilər: * Şiddətli qaşınma və səpgilər * Qarın ağrısı, ürəkbulanma, ishal * Üz və boğazda şişkinlik * Anafilaktik şok (həyat üçün təhlükəli ola bilər) Niyə yayılır? * Gənələrin sayında artım * Təbii ərazilərdə daha çox vaxt keçirmək * İqlim dəyişikliyi və geyiklərin artması   Müalicəsi varmı? Hazırda bu sindromun qəti müalicəsi yoxdur. Ancaq: * Ət, süd və jelatinli məhsullardan uzaq durmaq * Gənə dişləməsindən qorunmaq * Alergik şok riski olanlar EpiPen daşımalıdır * Qida etiketlərini diqqətlə oxumaq Bəzi hallarda allergiya illər sonra zəifləyə bilər. Hələ də suallar var Elm adamları kimin bu allergiyanı inkişaf etdirəcəyini, kənənin hansı mexanizmlə bu reaksiyanı başladığını hələ tam bilmir. Ancaq yaxın 10 ildə bu sahədə mühüm elmi irəliləyişlər gözlənilir. Qorunmaq üçün tövsiyələr: * Təbiətdə uzunqollu geyimlər geyinin * Bədəni tez-tez yoxlayın * DEET tərkibli kənə əleyhinə vasitələrdən istifadə edin * Ev heyvanlarını da yoxlayın Əgər ət və süd qəbulundan sonra gecikmiş allergik reaksiyalar yaşayırsınızsa, həkimə müraciət edib Alpha-gal testindən keçməyiniz tövsiyə olunur. Medianews.az

Bizə qoşulun