06.08.2025, 11:58
128 baxış
Nailə
Parka ziyan vuran uşaqlara vətəndaşın reaksiyası gündəm oldu - VİDEO
Türkiyədə parkda oynayan bir qrup uşaq bir anda oyun avadanlıqlarını sındırmağa başlayıb.
Medianews.az xarici mediaya istinadən xəbər ki, görüntülər İstanbulun Esenyurt rayonundakı uşaq parkından çəkilib.
Hadisəni evinin pəncərəsindən izləyən bir vətəndaş isə səssiz qala bilməyib və etirazını bildirib.
Həmin vətəndaşın "Bu Esenyurtun uşaqları da ümumilikdə bir az problemlidirlər. Heç cür tərbiyə oluna bilmirlər. Allah eləməsin, üstündə bir uşaq olanda bu avadanlıqlar aşsa nə olacaq? Vintləri boşalıb axı" sözləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Medianews.az