Medianews.az
Ölkəmizin həqiqi gender problemi - <span style=color:red>Və cılız gender müzakirələri
137 baxış

Ölkəmizin həqiqi gender problemi - Və cılız gender müzakirələri

Bütövlükdə götürəndə ölkəmizdə gender müzakirələri çox cılız səpkidə aparılır. Gah baxırsan 2-3 boy-buxunlu kişi çıxır verilişdə qadınları aşağılayıb reytinq üçün qeybət edir; gah da görürsən gender aktivistləri kimisə işdən çıxartdırır, bunu bayram kimi qeyd edirlər. Biz cəmiyyətdə qadın və kişiləri qarşı-qarşıya qoyub qalib tərəf seçmirik. Kiməsə göz dağı vermirik. Biz dağıdıcı yox, yaradıcı cəmiyyət inşa etməliyik. Gender bərabərliyinin məqsədi kin qusmaq, dalaşmaq, qalib tərəfi müəyyən etmək deyil. Biz Azərbaycanın niyə selektiv abortda lider ölkələrdən biri olduğunu müzakirə etməliyik. Biz doğulmayan qız uşaqlarının niyə doğulmadığını — qadınlı, kişili — birlikdə danışmalıyıq. Biz regionlarda əli qələm tutmayan qızlarımızın erkən nikahının qarşısını almaq üçün həllər tapmalıyıq. Yoxsa iki qrup çıxıb dalaşır — biri deyir qadın işləməlidir, biri də deyir qadına “işləmə” deyən işləməməlidir. Biz nəyin davasını edirik? Əminsiz, problem budur? Bizim hələ iş səviyyəsində danışmağımıza çox var axı. Biz hələ ana bətnindən başlamalıyıq ki, o qızlar doğulsun. Bir-iki marjinal podkast, münaqişə və nifrət yaradan atmacalar, şikayətlər, kiminsə işdən uzaqlaşdırılması — bunlar nə həll, nə də qələbədir. Bununla uzaqbaşı sosial mediada özümüzü aldada bilərik. Azərbaycanda gender problemi, əmin olun, bu səpkidə deyil. Gender problemi yaradanlar ümumiyyətlə sosial mediada yoxdurlar. Fərid Pərdəşünas, bloqçu

Bizə qoşulun