Medianews.az
Moskvanın Qarabağdan köçmüş ermənilər üzərində yeni oyunu – <span style=color:red>Rusiya kiminlədir?
308 baxış

Moskvanın Qarabağdan köçmüş ermənilər üzərində yeni oyunu – Rusiya kiminlədir?

Rusiya Qarabağdan könüllü köçmüş ermənilərə "Rusiya səninlədir" adı altında 140 ton yardım göndərib. Bununla bağlı xəbərlərdə Rusiyanın avqust ayı ərzində Qarabağdan köçən ermənilərə müntəzəm yardımlar edəcəyi vurğulanır. Siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, Moskva "Rusiya səni unutmayıb" kimi şüarlarla Qarabağ məsələsini gündəmdə saxlayır və bundan Azərbaycana təzyiq etmək üçün istifadə edir: “Xatırladım ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə vətəndaşlıq və iş verir. Artıq Ermənistan hakimiyyəti “Qarabağ erməniləri” ifadəsindən imtina edir. Amma Rusiya bu siyasətindən imtina etmək istəmir. Bununla Ermənistanın daxili siyasətinə qarışır”. M.Əsədullazadənin sözlərinə görə, Rusiya Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması üçün yeni bir kampaniyaya başlamağı və həmin ermənilərin yenidən qondarma hakimiyyətini qurmağı planlaşdırır: “Ermənistan hakimiyyəti Rusiyanın bu oyunlarına imkan verərsə, Qarabağdan köçən ermənilər birinci baş nazir Nikol Paşinyana qarşı çıxacaqlar. Rusiya Ermənistan daxilində yeni separatçı ocaq yaradıb, Azərbaycanı təhdid etmək istəyir. Bununla iki ölkə arasında sülh prosesini pozmağa çalışır". M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan Ermənistan hökumətindən Rusiyanın Qarabağdan köçmüş ermənilər üzərində siyasi oyun qurmasına imkan verməməyi tələb etməlidir: "Artıq Rusiya Qarabağı tərk etmiş ermənilərin şəxsi məlumatlarını toplamağa başlayıb. Belə ki, “Rossotrudniçestvo”nun (Rusiya Xarici İşlər Nazirliyinin yurisdiksiyasında olan muxtar federal hökumət orqanı) Ermənistandakı nümayəndəliyi Qarabağı könüllü tərk edən insanların şəxsi məlumatlarını toplayır. Erməni hökumətindəki mənbələrin məlumatına görə, insanlardan pasport, doğum şəhadətnaməsi və digər sənədlərin surətlərini təqdim etmələri tələb olunur”. Siyasi şərhçi hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra da Rusiya Qarabağ mövzusundan imtina etməyəcək. Toğrul Əli, Medianews.az

Bizə qoşulun