04.08.2025, 12:09
122 baxış
Nailə
Ninja qılıncı qadağan EDİLDİ
İngiltərə və Qallada bıçaqlı hücumların artdığı bir dövrdə ninja qılıncı qadağan edildi.
Medianews.az xarici mediaya istinadən bildiri ki, yeni qanuna görə, bu cür silahları ictimai sahədə daşıyanlar 4 ilədək həbs cəzası alacaq.
Bu qanun, 2022-ci ildə ninja qılıncı ilə öldürülən 16 yaşlı Ronan Kanda’nın adını daşıyan "Ronan Yasası" çərçivəsində tətbiq edilib. Yalnız keçən ay keçirilən silah təhvil kampaniyasında vətəndaşlar 1000-dən çox silahı təhvil vermişdi. Artıq ninja qılıncının evdə saxlanması da cinayət sayılacaq.
Son 10 ildə İngiltərə və Qallada bıçaqlı cinayətlər 87% artıb və 2023-cü ildə 54,587 cinayət qeydə alınıb. Bu, Avropadakı ən yüksək nisbətlərdən biridir. Keçən il, 29 iyulda, 17 yaşlı Axel Rudakubana, İngiltərənin şimalındakı Southport şəhərində bir uşaq rəqs tədbirinə hücum edib, 3 nəfəri öldürüb və 10 nəfəri yaralayıb. Bu hadisə, ölkənin ən dəhşətli bıçaqlı hücumlarından biri olaraq yadda qaldı.
Medianews.az