Medianews.az
Böyrək daşına qarşı ən güclü silah: <span style=color:red>Su və Limon
287 baxış

Böyrək daşına qarşı ən güclü silah: Su və Limon

Dəmli çay böyrək daşına səbəb ola bilər. gündə ən az 2,5-3 litr su içilməsini tövsiyə edib. Medianews.az xarici mediaya istinadən bildiri ki, uroloq mütəxəssisi Doç. Dr. Hasan Turgut 2,5-3 litr su içilməsini tövsiyə edib. Doç. Dr. Turgut bildirib ki, Türkiyədə böyrək daşının ən çox rastlandığı bölgələr arasında xüsusilə Doğu Anadolu, Cənubi Doğu Anadolu və Karadeniz bölgələri yer alır. Xüsusən Doğu Karadenizdə demli çayın çox istehlakı, böyrək daşı riskini artırır. Kola, çay suyun yerini tutmur Böyrək daşı xəstəliyinin artmasının ən vacib səbəblərindən biri, yetersiz su içilməsi, çox duzlu qidaların istehlakı və tər vasitəsilə itirilən mayenin yerinə qoyulmamasıdır. Doç. Dr. Turgut, "Xəstələrim çox zaman “kola, soda və çay içirəm” deyir. Bu içkilər suyun yerini tutmur, hətta su ehtiyacını artırır. İçdiyiniz maye idrar yolu ilə çıxmalıdır Tər ilə itirilən mayenin böyrək sağlamlığına heç bir faydası olmadığını qeyd edən Doç. Dr. Turgut, gündə 2,5-3 litr su içilməsini tövsiyə edib. Mayenin bədəni idrar yolu ilə tərk edilməsi lazım olduğunu vurğulayıb. Uroloq mütəxəssisi qeyd edib ki, idrarınızın su rəngində olması, kifayət qədər su içdiyinizi göstərir. Ailədə böyrək daşı varsa, risk çox yüksəkdir Doç. Dr. Turgut, böyrək daşı yaranmasında genetik meylliliyə diqqət çəkərək bildirib: “Böyrək daşı zamanı insan güclü böyür ağrısı və qasıqlara doğru yayılan sancı hiss edir. Bəzi hallarda xəstələr ağrı ilə yanaşı sidikdə qan göründüyünü də bildirir. Sidiyə çıxa bilməmək və tez-tez tualetə getmək istəyi böyrək daşının əsas əlamətlərindəndir. Genetik amil burada çox önəmlidir. Əgər ata və ya anada böyrək daşı olubsa, həmin şəxsdə böyrək daşı yaranma riski 5 dəfə artır. Yəni ailədə bu problem varsa, risk olduqca yüksəkdir. Daş düşürən xəstənin təkrar daş yaratma ehtimalı da, təəssüf ki, yüksəkdir. Biz müalicədə daşın tərkibini analiz edir, növünə uyğun müalicə və pəhriz tətbiq edirik,” Daşın ən böyük düşməni limondur Doç. Dr. Turgut, böyrək daşının ən əsas səbəblərindən birinin çox duzlu qida, duzlu balıq, salamura və yetersiz su istehlakı olduğunu bildirib. "Daşın ən böyük düşməni limondur. Gündə 1 limonu suya sıxıb içmək böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır" – deyə mütəxəssis qeyd edib. Böyrək daşı riskini azaltmaq üçün çaydan imtina etmək, su istehlakını artırmaq və limonlu su içmək vacibdir. Medianews.az

Bizə qoşulun