Medianews.az
Azərbaycanda son mövsümün ən çox penalti vuran <span style=color:red>klubu bəlli oldu
171 baxış

Azərbaycanda son mövsümün ən çox penalti vuran klubu bəlli oldu

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ən çox penalti vuran komandalar açıqlanıb. Medianews.az Peşəkar Futbol Liqasının hesabatına istinadən xəbər verir ki, bu göstəricidə son çempion "Qarabağ" birincidir. Ağdam təmsilçisinin üzvləri yeddi dəfə 11 metrlik cərimə zərbəsi vurmaq şansı qazanıblar. "Zirə" və "Turan Tovuz" altı penalti ilə ikinci sırada qərarlaşıblar. "Sabah" və "Kəpəz" beş, "Araz-Naxçıvan"la "Neftçi" isə dörd dəfə penalti vurublar. "Sumqayıt"ın üç, "Səbail"in iki, "Şamaxı"nın isə bir dəfə belə zərbə vurmaq fürsəti olub.

Bizə qoşulun