Mövzu ilə bağlı Medianews.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, böyük ehtimala Azərbaycan bu məsələni BMT-nin əsas məhkəmə orqanı hesab olunan Beynəlxalq Ədalət Məhkəməsinə çıxarmalı olacaq: “Bəli, bu proses, cənab Prezidentin də qeyd etdiyi kimi, illərlə çəkə bilər. Malayziya Hava Yollarına məxsus “Boeing” təyyarəsi 2014-cü ildə Ukrayna səmasında vurulmuşdu. 2022-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi 289 nəfərin həyatına son qoymuş bu hadisəyə Rusiya istehsalı olan “Buk” zenit-raket kompleksindən açılan atəşin səbəb olduğunu təsdiqlədi. Məhkəmə Rusiyanın iki hərbçisinə və Rusiyaya bağlı bir ukraynalı separatçıya ömürlük həbs cəzası kəsdi, onların üzərinə zərərçəkənlərə 16 milyon avro təzminat ödəmək öhdəliyi də qoydu. Lakin Rusiya indiyədək məhkəmə hökmünü icra etməyib, günahkarlar ekstradisiya olunmadıqlarına görə cəzalarını hələ ki, həbsxanada çəkmirlər.
Göründüyü kimi, Beynəlxalq Ədalət Məhkəməsinin bu cür hadisələrdə qərarı adətən iki istiqaməti əhatə edir - cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunub məhkum edilməsi və zərərçəkənlərə təzminat ödənilməsi.
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Beynəlxalq Ədalət Məhkəməsi belə bir qərar çıxara bilər. Əlbəttə, biz onu da nəzərə almalıyıq ki, Malayziya Hava Yollarına məxsus təyyarə ilə bağlı işdə olduğu kimi, Rusiya yenə məhkəmə hökmünü icra etməkdən boyun qaçıra bilər. Rusiya beynəlxalq hüququ tanımır. Əslində digər iri dövlətlər də belədir. Lakin Beynəlxalq Ədalət Məhkəməsində qərarın çıxarılmasının böyük əhəmiyyəti var. Bizim irəli sürdüyümüz ittihamların əsassız olmadığı, beynəlxalq ədliyyə səviyyəsində də təsdiqini tapdığı aydınlaşacaq, necə deyərlər, hamı fakt qarşısında qalacaq. Bu, ən azı mənəvi qələbədir. Həm də ola bilər Rusiya indi bu qərarı icra etməsin, amma gələcəkdə Rusiyada köklü dəyişikliklər olsun və Moskva hökmü yerinə yetirmək məcburiyyətində qalsın”.
Nailə Qasımova,
Medianews.az
28.07.2025, 13:50
229 baxış
Azad
Beynəlxalq məhkəmədə Azərbaycan-Rusiya çəkişməsi: Nə ilə nəticələnə bilər?
Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” sərnişin təyyarəsinin Rusiya səmasında vurulmasından 7 aydan çox vaxt keçir. III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev 38 nəfərin həlak olması ilə nəticələnmiş bu hadisə ilə bağlı Rusiyada aparılan istintaqdan narazılığını ifadə edərkən onu da bildirib ki, Azərbaycan beynəlxalq ədliyyə sisteminə müraciət edəcək: “Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik”.
Təyyarəmizin vurulması üzrə beynəlxalq araşdırma hansı ədliyyə sistemində, necə aparıla bilər və nə ilə, hansı cəzalarla yekunlaşa bilər?

Paylaş: