27.07.2025, 06:38
137 baxış
Nailə
Avropada mobil telefon oğurluqlarının sayına görə lider ölkənin adı açıqlandı
Böyük Britaniya mobil telefon oğurluqlarının sayına görə Avropa ölkələri arasında birinci yeri tutub.
Oxu.Az-ın "The Times"a istinadən verdiyi xəbərə görə, araşdırma Avropanın 12 ölkəsində aparılıb.
Məlum olub ki, qadcet oğurluğu ilə bağlı ən çox məlumat Böyük Britaniyadan gəlib.
Həmçinin bu ölkədə 2025-ci ildə oğurluqların sayı 2021-ci illə müqayisədə 425% artıb. Ən çox oğurluq hadisələri Londonda baş verir. İkinci yerdə Birmingem şəhəridir.
Oğurluqların pik həddi isti yay aylarında və Milad bayramı tətilində qeydə alınır.