25.07.2025, 13:00
130 baxış
Lamiyə
Barmaq şaqqıldatmaq… - təhlükə varmı?
“Barmaqları şaqqıldatdığımız zaman yaranan səs oynaq boşluğunda əmələ gələn balaca qaz şarların partladığı üçün olur”.
Medianews.az xəbər verir ki, bunu fizioterapevt Raul Valdesuso deyib.
Onun sözlərinə görə, sağlam insanlar bunu oynaqların aşınması və sümük strukturlarının zədələnməsi olmadan edə bilərlər.
Bununla belə, həkim vurğulayıb ki, əgər sizdə hər hansı oynaq xəstəlikləri varsa, bu vərdişdən əl çəkməyiniz daha yaxşıdır. Bundan əlavə, bu hərəkət ağrı, iltihab və sonradan hərəkətliliyin məhdudlaşdırılması ilə müşayiət olunarsa, barmaqlarınızı çatlamamalısınız.
Medianews.az