24.07.2025, 08:21
125 baxış
Lamiyə
Vurulan toyuğa görə qisas aldı
ABŞ-də Diaz Sosa adlı bir qadın sürücüsü toyuğu vuran digər qadın sürücüsündən qisas alıb.
Medianews.az xəbər verir ki, hadisə Florida ştatında baş verib.
Toyuq yolu keçsin deyə Diaz avtomobilini yol ayrıcında saxlayıb. Onun arxasındaki digər qadın sürücü dayanmağın səbəbini anlamayıb və siqnallayıb. Daha sonra o, avtomobili keçərkən toyuğa dəyib.
Diaz Sosa əsəbiləşdirib və ona dərs vermək qərarına gəlib. O, qadının avtomobilinə yaxınlaşaraq içərisinə ayı qovucu sprey vurub.
Zərərçəkənlər həkimləri və polisləri çağırıblar. Onlara tibbi yardım göstərilib. Diaz Sosa məhkəmə qarşısına çıxacaq.
Medianews.az
Paylaş: