24.07.2025, 09:05
116 baxış
Lamiyə
Bu ölkədə güclü zəlzələ oldu
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb.
Medianews.az xəbər verir ki, onun maqnitudası 6,3 olub.
Zəlzələnin ocağı 144,6 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Sulavesi adasındakı Qorontalo şəhərindən 109 kilometr qərbdə baş verib.
Qəsəbənin əhalisi təxminən 200 min nəfərdir.
Mümkün zərər və zərərçəkənlər barədə məlumat verilmir.
Medianews.az