Medianews.az
İsraildən sensasiya: <span style=color:red>Bu ərazini ilhaq edir
169 baxış

İsraildən sensasiya: Bu ərazini ilhaq edir

İsrail parlamenti İordan çayının qərb sahilini İsrailin ayrılmaz hissəsi kimi tanıyan qətnaməni qəbul edib. Globalinfo.az xəbər verir ki, bu barədə məlumat İsrail parlamentinin rəsmi saytında yer alıb. Qətnamədə hökumətə Yəhudeya, Samariya və İordaniya vadisi üzərində İsrail suverenliyinin rəsmiləşdirilməsi çağırışı edilir. Sənəddə qeyd olunur ki, bu ərazilər yəhudi xalqının tarixi, mədəni və mənəvi vətəninin ayrılmaz hissəsidir. Səsvermə zamanı sənədin lehinə 71 deputat səs verib. Əleyhinə isə, o cümlədən ərəb partiyalarının təmsilçiləri də daxil olmaqla cəmi 13 deputat çıxış edib. Qeyd edək ki, iyulun əvvəlində İordan çayının qərb sahilindən olan bir sıra nüfuzlu şeyxlər İsraillə sülhə dəstək vermiş, bunun müqabilində “Hebron Əmirliyi”nin tanınmasını təklif etmişdilər. Analitiklər bu təşəbbüsləri bölgədəki siyasi balansın dəyişməsi kimi qiymətləndirirlər.

Bizə qoşulun