Medianews.az
Bədbəxt hadisə: Həmkarını xilas etmək istədi, <span style=color:red>boğulub öldü
151 baxış

Bədbəxt hadisə: Həmkarını xilas etmək istədi, boğulub öldü

Həmkarını xilas etmək istəyən kişi onunla birlikdə boğularaq ölüb. Medianews.az xəbər verir ki, faciə iyulun 20-də, Yaponiyada, Niedo çayında baş verib. Hadisə yerinə gələn təcili yardım işçiləri 25 yaşlı Haruki Naqase və 31 yaşlı Masayoşi Nikaidonu sudan çıxarıblar. Onlara kömək etmək çox gec idi. Məlum olub ki, həmin şəxslər Matsuyama şəhərində eyni şirkətdə işləyirmiş. Həftə sonu onlar həmkarları ilə çay sahilində dincəlmək qərarına gəliblər. Naqase çayda üzəekən boğulmağa başlayıb. Nikaido dostunu xilas etməyə çalışıb lakin axın çox güclü olduğu üçün hər ikisi batıb. Yanğınsöndürmə xidməti çayda çimməyə icazə verildiyini bildirib. Lakin, suyun dərinliyi beş metr idi və son yağışlar çayı daha da dərinləşdirib və daha da təlatümlü edib. Medianews.az

Bizə qoşulun