18.07.2025, 10:14
216 baxış
Lamiyə
Bu ölkədə güclü zəlzələ oldu
Çilinin şimalında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Antofaqasta şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 85 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.