Medianews.az
Azərbaycanın gələcəyi üçün <span style=color:red>5 böyük layihə
220 baxış

Azərbaycanın gələcəyi üçün 5 böyük layihə

Azərbaycanın gələcəyi üçün 5 böyük layihənin həyata keçirilməsi çox vacibdir və bu addımlar indiki hökumətdən sonra da mütləq atılmalıdır, çünki dövlət adlanan institutun 10-15-20, hətta 50 illik vizionu, planları olmalıdır: 1) Zəngəzur dəhlizinin, yolunun açılması, ümumiyyətlə, Cənubi Qafqazda bütün kommunikasiyaların işlək vəziyyətdə olması; 2) Türkmənistandan Azərbaycana qaz boru kəmərinin çəkilməsi; 3) Eyni qaydada Qazaxıstandan Xəzər dənizinin dibi ilə neft boru kəmərinin inşası; 4) Azərbaycanın enerji “hab”u və logistika mərkəzi olması ilə yanaşı, ölkənin neft emalı mərkəzinə çevrilməsi üçün böyük zavodların inşası və yenidən qurulması – Azərbaycan xam neft satan ölkədən öz neftinin və Qazaxıstan neftinin emalı mərkəzinə çevrilməlidir. Bir barrel neftin emalından əldə olunan gəlir bir barrel xam neftin satışından 7-8 dəfə çoxdur; 5) Azərbaycanın regional “bazara” çevrilməsi baş verməlidir, bunun üçün “aşırı tənzimləmə” qaydaları, yersiz dövlət nəzarətedici qurumlarının bir çoxu ləğv edilməli, yeni vergi-gömrük qanunvericiliyi işlənib hazırlanmalıdır. Bu “yol xəritəsi” məmləkətin ən azı gələcək 50 ilini təmin edəcək. Natiq Cəfərli, siyasətçi, iqtisadçı

Bizə qoşulun