Medianews.az
Şizofreniyalı qadın yatağa bağlı xəstənin <span style=color:red> gözlərini çıxarıb - FOTO
166 baxış

Şizofreniyalı qadın yatağa bağlı xəstənin gözlərini çıxarıb - FOTO

Türkiyənin Kütahya şəhərində yerləşən xüsusi əlil qayğı mərkəzində dəhşətli hadisə baş verib. Medianews.az xarici mediaya istinadən bildiri ki, Şizofreniya diaqnozu qoyulmuş 41 yaşlı N.K. adlı qadın, yan otaqda yatağa bağlı halda qalan 47 yaşlı S.Ç.-nin iki gözünü çıxarıb. Hadisə nəticəsində ağır yaralanan S.Ç. xəstəxanada əməliyyat olunsa da, görmə qabiliyyətini tamamilə itirib. Hadisə ilə bağlı Kütahya Cumhuriyyət Baş Prokurorluğu istintaqa başlayıb, mərkəzdə çalışan əməkdaşların ifadələri alınıb. Həmçinin Kütahya Valiliyi də inzibati araşdırma aparır. Zərərçəkənin ohumu Hüseyn Girgin hadisə barədə məlumat verərək bildirib ki, xalasına ilk olaraq yalnız bir gözündə problem olduğu deyilib: “Sonra öyrəndik ki, şizofreniya xəstəsi olan qadın xalamın otağına girərək cəmi 29 saniyə ərzində onun iki gözünü çıxarıb. Hadisədən sonra mərkəzin rəhbərliyi bizə heç bir dəstək göstərmədi, üzr belə istəmədilər. Dövlətimizə sığındıq və şikayət etdik. İstəyimiz məsul şəxslərin cəzalandırılmasıdır.” Ailənin dediyinə görə, N.K.-nin daha əvvəl də oxşar cinayətləri olub. Belə ki, o, 10 il əvvəl nənəsini baltayla öldürüb, 2020-ci ildə Adanada bir xəstənin gözlərini çıxarıb, Manisada isə başqa bir xəstənin gözlərini diş fırçası ilə çıxarmağa cəhd edib. Hazırda istintaq davam edir. S.Ç. isə iki dəfə beyin və göz əməliyyatı keçirərək görmə qabiliyyətini itirib. Ailə məsul şəxslərin cəzalandırılmasını və gələcəkdə belə faciələrin qarşısının alınmasını tələb edir. Medianews.az    

Bizə qoşulun