Medianews.az
Zəngəzur dəhlizi uğrunda geosiyasi rəqabət başlanır – <span style=color:red>Politoloq
226 baxış

Zəngəzur dəhlizi uğrunda geosiyasi rəqabət başlanır – Politoloq

ABŞ Azərbaycan və Ermənistan arasında nəzərdə tutulan nəqliyyat dəhlizinin idarəçiliyini üzərinə götürməyi təklif edib. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tomas Berrak məlumat verib. Səfirin sözlərinə görə, məqsəd iki ölkə arasında etimadı artırmaq və kommunikasiya yollarının açılması üzrə öhdəliklərin icrasına nəzarət üçün praktik mexanizm yaratmaqdır.Berrak bildirib ki, nəqliyyat dəhlizi yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və ABŞ bu prosesin şəffaf və təhlükəsiz şəkildə həyata keçirilməsində maraqlıdır. Berrak vurğulayıb ki, tərəflər arasında əsas problemlərdən biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir: "Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinэ təkid edir, maneəsiz gediş-gəliş baxımından İrəvana etibar edilə bilməyəcəyindən narahatlığını ifadə edir". Barakın təklifinə görə, ABŞ-ın özəl şirkətlərdən biri Zəngəzur dəhlizini 100 illik icarəyə götürə və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər: "Məqsəd isə Bakının uzunmüddətli və güclü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etmək və eyni zamanda İrəvanın dəhliz üzərində suverenliyini qorumaqdır". Məsələni Medianews.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu təkliflə əslində ABŞ Zəngəzur dəhlizinə nəzarət etməyi planlaşdırır: “Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinin nəzarətinə verməkdə maraqlıdır. Amma Zəngəzurda üçüncü ölkənin olması Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edə biləcək siyasi iradəyə malikdir”. M.Əsədullazadənin sözlərinə görə, bununla ilk aylar neytral bir ölkədən, məsələn, İsveçrədən təhlükəsizlik şirkəti bunu edə bilər: “ABŞ beynəlxalq nəqliyyat yollarına nəzarət etməyə çalışır. Bir tərəfdən də Rusiya Zəngəzur dəhlizi istiqamətində İranla sərhəddə təhlükəsizliyi təmin etmək üçün hərbiçilərini göndərə bilər. Məhz ABŞ Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında ona görə tez bir zamanda maraqlıdır ki, Zəngəzur dəhlizinə nəzarət etsin. Zəngəzur dəhlizi Ermənistanın ərazisinə düşür. Rusiya Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edə bilər. Rusiya Ermənistandakı 102-ci hərbi bazasına əlavə qüvvə yığır. Zəngəzur dəhlizinə nəzarət etmək uğrunda geosiyasi rəqabət başlanır. Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini ikitərəfli şəkildə üçüncü ölkə olmadan aça bilər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun