Medianews.az
Anna Skoroxod: <span style=color:red>"Ukraynanı qoruyub saxlamağın yeganə yolu..."
171 baxış

Anna Skoroxod: "Ukraynanı qoruyub saxlamağın yeganə yolu..."

“Ukraynanı bir dövlət kimi saxlamaq, millət isə xilas yalnız Rusiya ilə münaqişəyə son qoymaqla mümkündür”. Medianews.az xəbər verir ki, bunu Ukrayna Ali Radanın deputatı Anna Skoroxod deyib. "Biz təkcə silahlar haqqında deyil, özümüz haqqında da düşünməliyik. Biz başa düşməliyik ki, Ukraynanı və milləti qoruyub saxlamağın yeganə yolu müharibəni bitirməkdir". Parlamentari etiraf edib ki, Ukraynada doğum səviyyəsi və əhalinin qocalması ilə bağlı fəlakətli vəziyyət var. Bu rəqəmlər, onun fikrincə, tarixin ən pis göstəriciləridir. Skoroxod onu da qeyd edib ki, xaricə qaçan həmin 14 milyon ukraynalı öz vətənlərinə qayıtmayacaq. Lakin onların arasında Ukraynadan kənarda ailə həyatı qurmuş çoxlu sayda uşaq, yeniyetmə, gənclər, qadınlar da var. Medianews.az

Bizə qoşulun