Medianews.az
Sabunçuda ağır qəza - <span style=color:red>Ata öldü, oğlu yaralandı
150 baxış

Sabunçuda ağır qəza - Ata öldü, oğlu yaralandı

Paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, 1965-ci il təvəllüdlü Rizvan Abasovun idarə etdiyi “Kia Rio” və 1993-cü il təvəllüdlü Təbriz Baxışzadənin sürdüyü “Skoda Rapid” markalı avtomobillər toqquşub. Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, avtomobildə sərnişin olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu isə ağır xəsarətlər alıb. Həmçinin “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Bizə qoşulun