Medianews.az
Dünyada müsəlmanların da sayı artır, dinsizlərin də
92 baxış

Dünyada müsəlmanların da sayı artır, dinsizlərin də

2010-2020-ci illər aralığında dünyada müsəlmanların və dinsizlərin sayı artıb, xristianların sayı isə azalma müşahidə olunur (dünya əhalisinin ümumi böyümə sürətinə nəzərən). Xristianlar dünyada ən iri dini topluluq olaraq qalır – dünya sakinlərinin 28,8 faizi. 2010-2020-də xristianlar 1,8 faiz azalıblar. Eyni dövrdə dünya müsəlmanlarının sayı 1,8 faiz artıb, dünya əhalisinin 25,6 faizinə yüksəlib. Dini mənsubiyyəti olmayanların sayı da 0,9 faiz artaraq dünya əhalisinin 24,2 faizini təşkil edib. 2010-2020-ci illərdə xristianlar 121 milyon, müsəlmanlar 346 milyon, dini mənsubiyyəti olmayanlar 270 milyon nəfər artıb. Buddistlərin sayı 18 milyon azalıb. Dini mənsubiyyəti olmayanların sayı xristianlıqdan qopanların hesabına, müsəlmanlarınkı isə yüksək doğum sayəsində artıb. Xristianlar ən çox Avropada azalıb, 10 ildə 7 faiz azalmadan sonra xristian toplumu Avropanın 67 faizini təşkil edir. Avropada dini mənsubiyyəti olmayanlar 6 faiz artaraq, ümumi əhalinin 25 faizini təşkil edib. Müsəlmanlar da 0,7 faiz artıb və Avropa əhalisinin 6 faizini təşkil edib. Araşdırmanı Pyu Mərkəzi aparıb. Xalid Ağalıyev 

Bizə qoşulun