13.07.2025, 10:50
130 baxış
Azad
Simonyan və Sobçakı öldürmək istəyənlərdən xəbər var
“Russia Today”in baş direktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçakın öldürülməsinə cəhdlə bağlı cinayət işində üç yeni müttəhim peyda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Şübhəlilər yetkinlik yaşına çatmayanlardır. Müvafiq məhkəmə sənədləri iyulun 13-də açıqlanıb. Sözügedən üç nəfərlə bağlı həbs qətimkan tədbirinin seçilməsinə qərar verilib”, – deyə bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Rusiya xüsusi xidmət orqanları Marqarita Simonyan və Kseniya Sobçaka qarşı sui-qəsdin qarşısını aldıqları barədə məlumat vermişdilər.