Medianews.az
Elektromobil almaq istəyirsiniz? – <span style=color:red>Bunlardan xəbəriniz varmı?
409 baxış

Elektromobil almaq istəyirsiniz? – Bunlardan xəbəriniz varmı?

Elektromobillərlə bağlı informasiya kirliliyi çoxdur. Çoxu da reklamdır deyə həqiqəti anlamaq olmur. Mən özüm aldığım və elektromobili daimi istifadə etdiyim üçün rahatlıqla deyə bilərəm ki, əgər bağ eviniz və əlavə benzin avtomobiliniz yoxdursa, keçid etməyə tələsməyin və hibriddən yana seçim edin. Elektromobillərin yürüş məsafəsi məni qane etmir. Nəzərə alsaq ki, hələ mən ən dəqiq yürüş təmin edən Tesla idarə edirəm. Təsəvvür edin, 500 km yol söz verir, amma hava soyuq olmasın, kondisionerdən istifadə etmə, nə bilim, musiqiyə çox səs vermə. Belə kaprizlər məni narahat edir. Bundan başqa, batareya texnologiyaları deyir ki, batareya sağlamlığı və günlük sürüş üçün batareyanı 100%-ə qaldırma, 80%-də saxla. 20%-in də altına salma. Yəni uzun sözün qısası, söz verdiyi məsafənin də 60%-ni məsləhət görür ki, istifadə et. 80%-in üzərində enerji yığanda sürəti azaldır. Baxırsan, maşın dolur 1 saat 20 dəqiqəyə. Çin avtomobillərində vəziyyət lap betərdir. 800 km məsafə vəd edir, amma gərək maşın o 800 km-i üzüaşağı, neytralda getsin. Sürətli enerji məntəqələri ev şəraitindən üç qat baha qiymətə satır. Evdə isə 8-9 saata ancaq doldurursan. Uzun yolda gözün qalır enerjidə. Qəfil dostlarla planın olanda enerji 10%-dirsə, ağlına super bəhanələr gəlir ki, dostlarını necə qırasan. Bu avtomobili elə sınaq üçün almışam. Müsbət və mənfi tərəflərini tərəfsiz bölüşüm deyə. Müsbətləri bölüşmüşəm, bölüşəcəm, amma mənfilər də çoxdur. Bu da onlardan biridir. Fərid Pərdəşünas, bloqçu

Bizə qoşulun