Medianews.az
Conni Depp anasının qəddarlığından<span style=color:red> DANIŞDI
179 baxış

Conni Depp anasının qəddarlığından DANIŞDI

Amerikalı aktyor Conni Depp anasının uşaq ikən ona fiziki təzyiq göstərməsindən danışıb. Medianews.az xəbər verir ki, onun sözləri The Telegraph-a müsahibəsində səsləndirilib. "O, məni çubuqla, lənətə gəlsin, ayaqqabı, külqabı, telefonla vururdu. Amma buna görə ona təşəkkür edirəm. O, mənə uşaqları necə böyütmək lazım olmadığını öyrətdi. Sadəcə hər şeyi tərsinə et", - Depp deyib. Qeyd olunur ki, aktyor uşaqlıqda çətin vaxtlar keçirsə də, 2016-cı ildə dünyasını dəyişənə qədər anası ilə yaxın olub. Medianews.az

Bizə qoşulun