Medianews.az
Bakıda dəfn mərasimində DƏHŞƏT: <span style=color:red>Oraqla qardaşının BAŞINI KƏSDİ
165 baxış

Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ

2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qəbiristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib. Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" adlanan qəbiristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib. Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com  Lent.az-a istinadla qətl hadisəsinin istintaq materiallarını təqdim edir. İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib. Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb. İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib: "Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbiristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm. Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.

Bizə qoşulun