Medianews.az
“Cənubi Qafqazda sülh üçün ən əlverişli dövrdür” - <span style=color:red>Politoloq
183 baxış

“Cənubi Qafqazda sülh üçün ən əlverişli dövrdür” - Politoloq

“İndi Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün ən əlverişli dövrdür. Münaqişələrə son qoymaq üçün fürsətlər yaranıb”. Politoloq Nəsimi Məmmədli Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Cənubi Qafqazda geosiyasi maraqlar uğrunda mübarizədə Rusiya və İran əvvəlki gücünü itirib: “Hər iki dövlətin strateji mövqeləri zəifləyib. Rusiya Ukrayna ilə apardığı müharibədə geosiyasi bataqlığa düşüb. Hələ orada xeyli çabalayacaq. İran isə İsrail və ABŞ-la hərbi toqquşmadan sonra əsasən öz daxilinə çəkilib. Yaxın dövr üçün geosiyasi müzakirələrdə və mübarizələrdə İranın da rol alması çətindir. Regionda Türkiyənin geosiyasi nüfuzu xeyli artıb. Azərbaycan və Gürcüstanla normal münasibətləri olan Türkiyə indi Ermənistanla da münasibətləri yeni mərhələyə çıxarır. Tramp administrasiyası ilə yaxşı münasibətləri Türkiyəyə regionda əlavə imkanlar açıb”. Təbii ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini itirməklə barışmaq istəmir. Əlindəki imkanlarla tərəflərə təzyiq edir və edəcək. İlk növbədə Ermənistanda Paşinyan hakimiyyətini sülh prosesindən çəkindirməyə cəhd edir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni tam hazırdır. İmzalanmasına əngəl olan amillər Ermənistan Konstitusiyasının dəyişilməsi və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Məncə, bunların həlli ilə bağlı tərəflər ortaq dil tapa bilər”. N.Məmmədlinin fikrincə, Azərbaycanla Ermənistanı Rusiyanın təzyiqlərindən qoruyacaq dövlət ABŞ ola bilər: “Tərəflər əmin olsa ki, ABŞ-ın qarantiyası Rusiyanın kobud müdaxiləsinin qarşısını ala bilər, o zaman sazişin imzalanması reallaşacaq”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun