07.07.2025, 14:20
245 baxış
Azad
İran ballistik raketlərlə İsrailin beş hərbi bazasını vurubmuş – İlk dəfə açıqlandı
Ötən ay İsraillə İran arasında 12 gün davam edən müharibə zamanı İran altı ballistik raketlə İsrail ordusunun beş hərbi bazasını vurubmuş.
Medianews.az bildirir ki, bu məlumat ilk dəfədir ictimaiyyətə açıqlanır.
Müharibə zamanı İsrailin beş hərbi bazasının ballistik raketlərlə vurulduğunu iyulun 7-də ilk dəfə olaraq Böyük Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Buna qədər İsrail tərəfi İranın yalnız 36 ballistik raketinin yaşayış sahələrinə zərər vurduğunu etiraf etmişdi.
“The Telegraph” məlumatı ABŞ-ın Oreqon Universitetinin peyk vasitəsilə müşahidə aparan alimlərindən aldığını qeyd edib.
Xəbərdə ballistik raketlərin İsrailin hərbi bazalarına ciddi ziyan vurmadığı da iddia olunur.
Medianews.az