İtaliyanın paytaxtı Roma şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
Yaralılar arasında polis, yanğınsöndürən və tibb işçiləri də var.
Bildirilib ki, hadisə yerli vaxtla 8:15-də baş verib. Belə ki, ard-arda 2 partlayış olub və məktəbin yaxınlığında baş verdiyi ehtimal olunur.
Həmçinin partlayışdan sonra baş verən yanğın yaxınlıqdakı depoya keçib, yaranan şok dalğası isə yaxınlıqdakı binalara ziyan vurub.
04.07.2025, 10:36
158 baxış
Lamiyə
Romada güclü partlayış, yaralananlar var - VİDEO
Paylaş: