İqtisadçı ekspert Natiq Cəfərli Medianews.az-a açıqlamasında bildirib ki, Azərbaycanda işsizlik rəqəmlərinin özündə müəyyən problemlər mövcuddur.
Onun sözlərinə görə, rəsmi olaraq işsiz kimi qeydiyyata düşən insanlar işsiz sayılır, lakin qeyri-rəsmi işsizlərin sayı bundan daha çoxdur.
“Əmək bazarının öz tələbləri var və yay aylarında müəyyən canlanma müşahidə olunur. Regionlarda turizm obyektləri, eləcə də Xəzər sahilində yüzlərlə obyekt işə düşür. Bu səbəbdən işsizlik yay aylarında, əsasən gündəlik qazanc əldə etmək baxımından azala bilər. Təbii ki, bu, daimi iş kimi qiymətləndirilməməlidir”, – deyə ekspert vurğulayıb.
Natiq Cəfərli əlavə edib ki, işsizliyin azalması üçün xüsusi proqramların qəbul olunması, investisiyaların artırılması və kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi vacibdir. “Ümumilikdə, işsizlik probleminin həlli uzunmüddətli və sistemli yanaşma tələb edir”, – deyə o, bildirib.
Oğuz Ayvaz,
Medianews.az
04.07.2025, 11:16
231 baxış
Azad
Azərbaycanda işsiz kişilərin sayı artır – Səbəb nədir?
2025-ci ilin iyununa olan məlumata əsasən, ölkədə 229,9 min nəfər işsiz kimi qeydə alınıb və onların yarıdan çoxunu kişilər təşkil edir. Bu vəziyyət kişilərin əmək bazarında daha çox çətinliklə üzləşdiyini göstərir. Kişilərin işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nə ola bilər?

Paylaş: