Medianews.az
Pentaqon: İranın nüvə proqramı <span style=color:red>2 il geri düşüb
119 baxış

Pentaqon: İranın nüvə proqramı 2 il geri düşüb

ABŞ hökumətinin fikrincə, İranın nüvə obyektlərinə endirilən hava zərbələri ölkənin nüvə proqramını 2 ilə qədər geriyə atıb. Medianews.az xəbər verir ki, bu qiymətləndirməni Vaşinqtonda Müdafiə Nazirliyinin sözçüsü açıqlayıb. Onun sözlərinə görə, hava zərbələrindən sonra İranın uranı zənginləşdirmə proqramı ciddi şəkildə geriləyib. ABŞ-a məxsus radarlardan yayınan döyüş təyyarələri iyunun 22-də İranın üç nüvə obyektini – Fordo, Nətənz və İsfahanı – bunker bombaları ilə vurmuşdu. Beynəlxalq Atom Enerjisi Agentliyi isə ABŞ hökumətindən fərqli olaraq hesab edir ki, İran bir neçə aya uranı zənginləşdirməyə yenidən başlaya bilər. KİV-in məlumatına görə, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsi də bu yöndə olub. ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun isə fikrincə, İranın nüvə obyektləri tamamilə məhv edilib. Medianews.az

Bizə qoşulun