Medianews.az
“Bəsti efirdə yalandan deyib ki, İlhamə Quliyeva Səmədə ərə getmək istəyir, yazıq Sevda onunla dava da etdi” - <span style=color:red>FOTO
188 baxış

“Bəsti efirdə yalandan deyib ki, İlhamə Quliyeva Səmədə ərə getmək istəyir, yazıq Sevda onunla dava da etdi” - FOTO

“Səməd sağlığında istəmirdi ki, onun mahnılarına qulaq asım. Qulaq asanda deyirdi ki, “ölüb-etmişəm ki, mahnılarıma qulaq asırsan?” Hətta televizorda hansısa verilişdə onu göstərəndə də mənə mane olub deyirdi ki, “nə baxırsan, eşitmisən də bu mahnını”. Tez kanalı çevirirdi ki, mən baxmayım. O biri otağa gedib həmin verilişi izləyirdim. Çox təvazökar insan idi” Bunu Medianews.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova deyib. Sənətkarın xanımı Səməd Səmədova “Toylar kralı” titulunun verilməsindən də danışıb: “Səməd Səmədovun sənətdə 25 illiyi qeyd olunurdu. Heydər Əliyev adına sarayda idik. Biz də Səmədlə zalda oturmuşduq. Biz bilmirdik ki, belə bir hadisə baş verəcək? İlhamə xanım səhnəyə dəvət olundu. Mənim bacım Gülçöhrə Şəfiyeva o vaxt Heydər Əliyeva adına sarayın baş rejissoru idi. O da pultun arxasında idi. Heç bilmirdi ki, İlhamə xanım nə danışacaq? İlhamə xanım mahnını oxuyub bitirəndən sonra dedi ki, “mən indi də səhnəyə “Toylar kralı” Səməd Səmədovu çağırıram və bu gündən ona bu titulu verirəm”. Biz bir-birimizə baxdıq. Səməd getdi səhnəyə və mahnısını oxudu. “Toylar kralı” titulunu ona İlhamə xanım vermişdi”. İradə Qasımova bir müddət əvvəl efirlərdən birində Bəsti Bəkirovanın “İlhamə Quliyeva Səməd Səmədova ərə getmək istəyirdi” fikirlərinə də münasibət bildirib: “Mən ümumiyyətlə Azərbaycan telekanallarına baxmıram. Çünki əksər kanallarda çox səviyyəsiz verilişlər gedir. Mənə zəng etdilər ki, bax. Baxdım və güldüm. Çox güldüm. Həyatımda heç bu qədər gülməmişdim. İlhamə xanım necə deyə bilər ki, Səməd məni alsın? Bu həqiqətən də gülməlidir. İlhamə xanım bizimlə yaxından dostluq edirdi. Hətta onunla rəfiqəlik də edirdim. Bu kimi həqiqətə uyğun olmayan sözləri efir vasitəsilə demək düzgün deyil. Həmin verilişin aparıcısına nə qədər zəng etdim, mənə cavab vermədi. Yəqin bilmirdi ki, mənə nə desin. Həmin gün Səmədin ad günü idi. Yaxşı ki, mən getməmişdim. Oğlum efirlərə getməyimi istəmir. Siz oturmusuz orada, Səmədi yada salın, onun mahnılarından, sənətindən danışın. Kim kimi aldı, kim-kimi saxladı.. Heç bunların yeri idi? Yazıq Sevda Əliqızı bu söz-söhbətin üstündə Bəsti ilə dava etdi”. Əli Əsgər Medianews.az

Bizə qoşulun