Medianews.az
Putinin “tut yemiş bülbülü” - <span style=color:red>Solovyovun yeni təhdidinə baxın
359 baxış

Putinin “tut yemiş bülbülü” - Solovyovun yeni təhdidinə baxın

Putinin “tut yemiş bülbülü” Solovyov dünən yenə əsib-coşdu, Azərbaycana qarşı hədələr səsləndirdi – dedi ki, elə edərik ki, siz pomidorunuzu Rusiyada sata bilməyəsiz, o zaman görək pomidoru harda satacaqsınız. 5100 nüvə başlığı, 17 milyon kvadrat kilometr ərazisi olan ölkənin təhdidinə baxın – pomidoru almarıq, belə cılız, belə düşük şimal qonşumuz var, məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında, böyük ölkə ola bilməyəcək. O ki qaldı Azərbaycanın aqrar sahədə Rusiya bazarından asılılığına, illərdir bu haqda xəbərdarlıq edirdik ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatında Rusiyadan 80%-ə yaxın asılılıq doğru deyil, yeni, daha premium bazarlara çıxış tapmaq lazımdır. 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 milyon dollarlıq mal satıb, Rusiyadan isə 1,7 milyard dollarlıq mal alıb. Yəni zatən Rusiya bizə, bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Mərkəzi Asiya respublikalarına ixracatımızı artırmalıyıq. Pomidor məsələsi də belədir – ölkə olaraq bu ilin ilk 5 ayında 113 milyon dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri təqribən 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?! Natiq Cəfərli, siyasətçi, iqtisadçı

Bizə qoşulun