Medianews.az
“Prius”un vurduğu piyada 64 gün sonra<span style=color:red> öldü
118 baxış

“Prius”un vurduğu piyada 64 gün sonra öldü

Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib. “Qafqazinfo” xəbər verir ki,  aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub. X. Qubadov almış olduğu kəllə-beyin xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Bizə qoşulun