Medianews.az
"Sputnik-Azərbaycan”ın direktoru və işçisi saxlanıldı - <span style=color:red>FOTOLAR
151 baxış

"Sputnik-Azərbaycan”ın direktoru və işçisi saxlanıldı - FOTOLAR

İyunun 30-u Daxili İşlər Nazirliyi Rusiyanın “Sputnik-Azərbaycan” agentliyinin Bakıdakı ofisində əməliyyat keçirib. Əməliyyat nəticəsində iki nəfər saxlanılıb. "Report"un məlumatına görə, həmin şəxslər hüquq mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılıb. Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub. Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Medianews.az-a bildiriblər ki, “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb: “İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var. Əməliyyatla bağlı əlavə məlumat veriləcək".  

Bizə qoşulun