30.06.2025, 11:00
155 baxış
Azad
TƏCİLİ: Bakıda Rusiyanın “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
Hazırda Bakıda Rusiyanın “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
“Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.
DİN-in Mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.